“Tərtər işi” üzrə zərərçəkmişlərin yenidən ifadəsi alınır
21 dekabr 2021 11:03 (UTC +04:00)

“Tərtər işi” üzrə zərərçəkmişlərin yenidən ifadəsi alınır

“Tərtər işi” ilə bağlı yeni yaradılan istintaq qrupu tərəfindən istintaq hərəkətlərinə başlanılıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, istintaq qrupu tərəfindən “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular artıq Baş Prokurorluğa dəvət olunur.

Cinayət işi üzrə onların yenidən ifadələri alınır.

Qeyd edək ki, bir neçə gün əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar