Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.
Lent.az-ın APA-ya istinadən məlumata görə, Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində bununla bağlı qərarı ləğv edib.
Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.
Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.