Simonovski rayon Məhkəməsində təqsirləndirilən şəxs ölüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 46 yaşlı Timofey Timofeyev dələduzluq işi üzrə məhkəmə iclasına gəlib. Məhkəmədən sonra ev dustaqlığında olan şəxs Simonovski rayon Məhkəməsinin tualetinə girib və çölə çıxmayıb. Sonradan onun öldüyü bilinib. Meyit yalnız 18 saatdan sonra aşkar edilib. Ölümün səbəbi ilkin olaraq kəskin ürək çatışmazlığı olduğu bildirilir.
Araşdırma aparılır.