Tənha qadın evində qətlə yetirildi
09 noyabr 2021 23:39 (UTC +04:00)

Tənha qadın evində qətlə yetirildi

0

Sumqayıtda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb. 

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının yaşadığı mənzildə meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı və qətlə yetirildiyi məlum olub. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2295

Oxşar yazılar