Tələbə telefonu əlindən alan professoru döydü
02 noyabr 2023 16:21 (UTC +04:00)

Tələbə telefonu əlindən alan professoru döydü

0

Çində tələbə mühazirə zamanı telefonunu götürdüyü üçün professora hücum edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, tələbə müəllimə qulaq asmayıb və iradlara məhəl qoymayaraq telefonla oynayıb. Bundan sonra professor tələbəyə yaxınlaşaraq cihazı zorla ondan alıb.

Qəzəblənən tələbə ona yumruqla hücum edəndə professor yenidən masasına doğru getməyə başlayıb. Qrup yoldaşları isə onu kənara çəkərək müəllimin müdafiəsinə qalxıblar.

Hadisə yerindən çəkilmiş video sosial şəbəkələrdə yayıldıqdan sonra məktəb hadisəni araşdırdıqlarını bildirsə də, təfərrüatları açıqlamayıb. Tələbənin universitetdən xaric edilməsi istənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4199

Oxşar yazılar