Orenburq vilayətindəki Qay şəhərində tibb kollecinin 3 qız tələbəsini öldürməkdə şübhəli bilinən Aleksandr Lazarev, qızlarla necə davrandığını istintaq eksperimenti zamanı göstərib.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Lazarev videoda hadisə yerində tələbələri necə öldürdüyünü danışıb.
Dindirilmə zamanı Lazarev törətdiyi cinayətlə bağlı ətraflı ifadə verib. Yaxın zamanda məhkəmədə onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözləniir.
Qeyd edək ki, bu dəhşətli hadisə sentyabrın 30-da baş verib. 17, 18 və 19 yaşlı qızların bıçaqla qətlə yetirilən meyitləri tapılıb.
Lazarev əvvəllər məhkum edilib və 2021-ci ilin iyulunda həbsdən azad edilib. Molekulyar genetik müayinə onun cinayətdə iştirakını təsdiqləyib.