Tələbə 300 min qumar borcuna görə özünü binadan atdı
19 dekabr 2025 12:52 (UTC +04:00)

Tələbə 300 min qumar borcuna görə özünü binadan atdı

0

Rusiyada 22 yaşlı tələbə özünü binadan atıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə paytaxt Moskvada baş verib. Tələbənin meyiti çoxmərtəbəli binanın giriş hissəsində tapılıb. Gəncin idman mərcləri etdiyi və uduzduğu məlum olub.

Məlumata görə, gəncin cəsədini təmir işləri aparmaq üçün karnizin üzərinə çıxan bir qaynaqçı aşkar edib. Bir müddət sonra polis həlak olan şəxsin kimliyini müəyyənləşdirib və faciə barədə yaxınlarına məlumat verib.

Həlak olan şəxs Moskva universitetlərindən birində idman jurnalistikası ixtisası üzrə təhsil alırmış. Son vaxtlar o, akademik məzuniyyət götürərək kafelərdən birində ofisiant işləməyə başlayıb. Məlum olub ki, gənc internet üzərindən idman mərcləri edib və təxminən 300 min rubl (təxminən 6384 manat) uduzub. Bu məbləği ödəmək üçün müvəqqəti olaraq təhsilini dayandırmalı və iş tapmalı olub. Ehtimal edilir ki, məhz mərclərdən yaranan borc bu faciənin əsas səbəbi ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar