Təhsil Nazirliyində saxta sənəd QALMAQALI:  prokurorluq işə keçir
10 iyun 2022 16:13 (UTC +04:00)

Təhsil Nazirliyində saxta sənəd QALMAQALI: prokurorluq işə keçir

Təhsil Nazirliyinin bir sıra müəssisələrində ciddi nöqsanlar aşkarlanıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Lent.az-a verilən məlumata görə, Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra müəssisələrdə dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlanıb.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan iyirmi beşdən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3905

Oxşar yazılar

Bir gündə itkin düşən 13 nəfər  tapıldı

Bir gündə itkin düşən 13 nəfər tapıldı

29 mart 2025 , 10:39
Kürdəmirdə QƏZA:  72 yaşlı moped sürücüsü öldü

Kürdəmirdə QƏZA: 72 yaşlı moped sürücüsü öldü

29 mart 2025 , 10:19
Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat etdi

29 mart 2025 , 09:53
Şəkidə DƏHŞƏT:  3 uşaq atası özünü tövlədə asdı

Şəkidə DƏHŞƏT: 3 uşaq atası özünü tövlədə asdı

29 mart 2025 , 09:40
Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

Məsciddə yuyulmağa gətirilən meyit DİRİLDİ

29 mart 2025 , 09:26
Ağsuda ağır qəza - 7 nəfər yaralandı -  YENİLƏNİB

Ağsuda ağır qəza - 7 nəfər yaralandı - YENİLƏNİB

28 mart 2025 , 23:25
Sabirabad sakini qonşusunu bıçaqladı

Sabirabad sakini qonşusunu bıçaqladı

28 mart 2025 , 23:00
Xaçmazda kişi özünü asdı

Xaçmazda kişi özünü asdı

28 mart 2025 , 19:18