TƏBİB: Partlayışda yaralananlardan 6-sının vəziyyəti ağırdır
03 aprel 2022 06:54 (UTC +04:00)

TƏBİB: Partlayışda yaralananlardan 6-sının vəziyyəti ağırdır

TƏBİB Bakıda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Lent.az-ın xəbərinə görə, məlumatda deyilir:
“3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2394
avatar

Oxşar yazılar