Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki fərdi yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Teymur Həsənov, tanışı Anar Əsgərovla birlikdə qardaşına məxsus fərdi yaşayış evinə qanunsuz olaraq daxil olaraq oradan ümumi dəyəri 374 manat olan müxtəlif ölçülü dam örtüyü, 80 manat dəyərində pilləkən və 125 manat dəyərində dəmir su çənini oğurlayıblar.
Onlar maddi sübutlarla birgə saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Tanışı ilə birləşib qardaşının evini yardı
0
0
0
0
Oxşar yazılar

Qazaxıstanlı nazirin saxlanılması təkzib edildi - YENİLƏNİB
4 sentyabr 2025 , 13:55
Yetim uşağa işgəncə verən xala həbs edildi
4 sentyabr 2025 , 11:45
İmişlidə tövlədə meyit tapıldı
4 sentyabr 2025 , 10:51
At çapan yeniyetmə faciəli şəkildə öldü
4 sentyabr 2025 , 10:07
Boğazından bıçaqlanan prokurorun qatili ilə birlikdə fotosu üzə çıxdı
4 sentyabr 2025 , 09:37
Bakıda DƏHŞƏT: yolu keçən qadını maşın vurub öldürdü
4 sentyabr 2025 , 09:23
Biləsuvarda FACİƏ: 17 yaşlı oğlan kanalda boğuldu
4 sentyabr 2025 , 09:05