Tanınmış jurnalist VƏFAT ETDİ
12 yanvar 2023 12:04 (UTC +04:00)

Tanınmış jurnalist VƏFAT ETDİ

0

Tanınmış jurnalist Mehdi Mükərrəm oğlu Mehdiyev vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun dostları və yaxınları sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, məqalə və başqa janrda 2000-dən çox materialın və 5 kitabın müəllifi olan Mehdi Mükərrəmoğlu 1952- ci il aprelin 15-də Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini qırmızı diplomla bitirib. 1975-ci ildə Azərbaycan SSR Dövlət Kinematoqrafiya Komitəsində redaktor kimi fəaliyyətə başlayıb. 1977-ci ildən “Kino yenilikləri” qəzeti və “Yeni filmlər” jurnalının birgə redaksiyasında jurnalist fəaliyyətinə başlamışdır. 1992-ci ildən “Kino” qəzetinin baş redaktoru, “Azərkinovideo” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsin mütəxəssis kimi işləmişdir. 2002-ci ildən “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi fəaliyyətini davam etdirib.

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2800

Oxşar yazılar