Türkiyənin Beşiktaş komandasının köhnə ulduzu futbolçu Manuel Fernandes jurnalistə hücum edib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 qız dostu ilə Kuruçeşmədəki məkanların birindən çıxarkən kameralara yaxalanan Fernandes əsəbiləşib.
Belə ki, 36 yaşındakı futbolçu və meneceri "Beyaz TV" müxbiri Mustafa Ağdağa hücum edib. Daha sonra Fernanes jurnalisti yumruqlamağa başlayıb.
Hücuma məruz qalan müxbir Mustafa Ağdağ məsələ ilə bağlı polisə şikayət edib.
Polis hadisə ilə əlaqədar araşdırma başladıb.