Rusiyada taksi sürücüsü bıçaqla hədələyərək sərnişinləri salondan qovub.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Soçidə baş verib. Gecə saatlarında taksi sürücüsü sərnişinləri təyinat yerinə aparmayıb və bıçaqla onlara hücum edib.
Kadrlardan görünür ki, bıçaqla bir kişi iki qadını salondan çıxararaq kişini vurur, dava salondan kənarda davam edir. Şahidlər müdaxilə edib və hadisə yerinə ən azı 5 nəfər toplaşıb. Hadisənin şahidləri münaqişəni dayandıra biliblər, bundan sonra taksi sürücüsü maşınına minərək oradan uzaqlaşıb.
Sürücünün sözlərinə görə, o, sərxoş sərnişinlərdən özünü müdafiə edib. Sərnişinlər isə israrla sürücünün onları təyinat yerinə aparmadığını, söyüş söyüb və bıçaqla gəncə hücum etdiyini bildirib.