Şuşaya prokuror təyin olundu
08 dekabr 2023 17:22 (UTC +04:00)

Şuşaya prokuror təyin olundu

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, bu təyinata qədər Nəriman Əsədov Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

Rəsul Həsənov bu təyinata qədər Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8751
avatar

Oxşar yazılar