Xəbər verdiyimiz kimi, Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada 5 nəfər yanaraq ölüb.
Lent.az xəbər verir ki, Daşaltı kəndi ərazisində aşaraq yanan "Nissan Navara” markalı avtomobildə olan şəxslər "Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olub.
Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
Qeyd edək ki, avtomobilin aşaraq alovlanması nəticəsində sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.
Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.