
Şuşada yol qəzası: bir hərbçi həlak olub, iki hərbçi yaralanıb

Şuşa istiqamətində bir hərbçinin həlak olması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 12-də baş vermiş qəza nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı araşdırma başlayıb.
Qeyd edək ki, həlak olan hərbçi Həsən Yaqubov “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.

Oxşar yazılar

Ötən il 600-dən çox koronavirus xəstəsinə cinayət işi açılıb
21 yanvar 2021 , 09:48
Şirvanda ev yanıb
21 yanvar 2021 , 09:34
Baş Prokurorluğun orijinal "İnstagram" səhifəsini belə təyin edəcəksiniz
21 yanvar 2021 , 09:30
Kirayəşin ev sahibini bıçaqladı
21 yanvar 2021 , 08:20
Maşın vuran Bakı sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
21 yanvar 2021 , 07:04
Bakıda qadını avtomobil vurdu
21 yanvar 2021 , 05:26
Bakıda “BMW” dekorativ ağaclara çırpıldı - FOTO
21 yanvar 2021 , 02:03Avtomobil kanala aşdı: sürücü ölüb - FOTO
20 yanvar 2021 , 18:30