Sürücü vurduğu piyadanı xəstəxanaya çatdırdı
13 fevral 2023 20:31 (UTC +04:00)

Sürücü vurduğu piyadanı xəstəxanaya çatdırdı

0

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə hadisə köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsində bas verib. 

Yolu keçən piyada, rayonun Boladi kənd sakini - 1959-cu il təvəllüdlü Əyyaz Turab oğlu Heydərovu avtomobil vurub. Sürücü dərhal onu Lənkəran Rayon Mərkəzi xəstəxanasına catdırıb. Yaralıya ilkin tibbi yardim göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.  Faktla bagli araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2195

Oxşar yazılar