Suqovuşan yolu
25 fevral 2021 17:10 (UTC +04:00)

Suqovuşan yolu

Suqovuşan yolunda vəzifəli şəxslərin maşını aşdı

Tərtər rayonunun azad olunan Talış kəndində yol-nəqliyyat hadisəsi olub.

Lent.az xəbər verir ki, Talış kənd icra nümayəndəsi Anar İsmayılovun idarə etdiyi “Opelr” markalı avtomobil Suqovuşan istiqamətində yolun buz bağlaması səbəbindən yolun kənarına aşıb. Nəticədə sürücü və sərnişinləri Tərtər rayon Ağabəyli kəndinin icra nümayəndəsi Orxan Ağayev, Canyataq kəndinin icra nümayəndəliyinin baş mühasibi Nicat Quliyev, Çaylı kənd icra nümayəndəliyinin baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3152

Oxşar yazılar