Tərtər rayonunun işğaldan azad edilmiş ərazilərinə gizli yollarla daxil olmağa çalışanlar müəyyən edilərək məsuliyyətə cəlb ediliblər.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, fevral ayının 4-də Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakinləri Şəhriyar Mahmudov, qardaşı Bəxtiyar Mahmudov, eləcə də, Orxan Məmmədov və Dağıstan Şahvələdovla birlikdə işğaldan azad edilmiş Suqovuşan və Talış kəndlərinin ərazisinə gizli yollarla daxil olsalar da polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
Saxlanılarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadıqlarına görə B.Mahmudov, O. Məmmədov və D.Şahvələdovun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün Tərtər rayon məhkəməsinə göndərilib və hər biri 200 manat miqdarında cərimə edilib. Ş. Mahmudov barəsində isə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Faktla bağlı Tərtər rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.