Sumqayıtda yaşayış binasında YANĞIN:  ikisi azyaşlı olmaqla 10 nəfər...
17 iyul 2021 16:06 (UTC +04:00)

Sumqayıtda yaşayış binasında YANĞIN: ikisi azyaşlı olmaqla 10 nəfər...

Sumqayıtda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər (onlardan ikisi azyaşlı, biri yataq xəstəsidir) təhlükəsiz əraziyə təxliyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15