Sumqayıtda 54 yaşlı kişi sükan arxasında ölüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Saray körpüsü adlanan ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik vasitəsinin sürücüsü, Bakı şəhər sakini 54 yaşlı Mikayılzadə Orxan Piri oğlu qəflətən özünü pis hiss edib və idarəetməni itirib. Sükan arxasında dünyasını dəyişən sürücünün avtomobili hadisə nəticəsində qarşıda hərəkətdə olan digər iki avtomobilə dəyib.
Meyit aidiyyatı üzrə təhvil verilib. Bir müddət körpüdə avtomobillərin hərəkətində sıxlıq yaranıb. Yol polisinin müdaxiləsindən sonra avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.