13:11 21 yanvar 2021

Sumqayıtda qadını vurub öldürən sürücü qaçdı

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 20-də saat 8 radələrində Sumqayıt şəhərinin "Azərbaycan" prospektində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini C.İsmayılova vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində əməliyyat-axtarış tədbirləri aparılır.

# 366
avatar

Mehman Nəbiyev

Oxşar yazılar