Sumqayıtda qadın şantaj olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhər Polis İdarəsinə müraciət edən qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.