Sumqayıtda qadın mağazadan qızıl üzük oğurladı
18 yanvar 2024 11:51 (UTC +04:00)

Sumqayıtda qadın mağazadan qızıl üzük oğurladı

0

Sumqayıtda qızıl mağazası qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, 10-cu mikrorayon ərazisində yerləşən qızıl mağazalarının birindən 420 manat dəyərində qızıl üzük oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 19670

Oxşar yazılar