Sumqayıtda qadın iş yerində  öldü
16 oktyabr 2023 22:07 (UTC +04:00)

Sumqayıtda qadın iş yerində öldü

0

Sumqayıtda 57 yaşlı qadın iş yerinin qarşısında ölüb.

Lent.az xəbər verir ki, hadisə 13-cü mikrorayon ərazisində baş verib.

Corat qəsəbə sakini, Tahirova Səmiyə Əlimuxtar qızı işlədiyi marketin qarşısında dünyasını dəyişib.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin həmçinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

Ölümün dəqiq səbəbləri hələ ki məlum deyil.

Fakt araşdırılır.

Xədicə Səxavət

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4531

Oxşar yazılar