Sumqayıtda narkotikdən ölən yeniyetmə hamını şoka saldı -  SOS SİQNALI
01 aprel 2024 16:32 (UTC +04:00)

Sumqayıtda narkotikdən ölən yeniyetmə hamını şoka saldı - SOS SİQNALI

Xəbər verdiyimiz kimi, Sumqayıtda 13 yaşlı yeniyetmə yüksək dozalı narkotik istifadəsindən ölüb. 

Bu xəbər Azərbaycanda böyük əks-səda doğurdu və hamını şoka saldı.

Lent.az ölən yeniyetmə ilə bağlı bəzi faktları üzə çıxarıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, həmin yeniyetmənin atası yoxdur. O, bacısı ilə birgə anasının himayəsində yaşayırmış. Yeniyetmə hələ uşaq yaşlarından marşrut avtobuslarında konduktor işləyib. Hələ o zamanlar uşaq yaşadığı evdən tez-tez qaçırmış. Valideyn nəzarətindən kənar qalan uşaq ehtimal edilir ki, pis vərdişlərə yiyələnib. Və bu da bir yeniyetmənin həyatına son qoyub. 

Təəssüf ki, məsələ bu hadisə ilə də bitmir. Son zamanlarda azyaşlıların narkotik maddələrə qurşanması ölkənin ən aktual mövzularından birinə çevrilib. Əlbəttə ki, hazırda dünyada narkomaniyanın acı nəticələrindən əziyyət çəkməyən ölkə demək olar ki, yoxdur. Azərbaycanda da narkotik vasitələrlə mübarizə geniş vüsət alıb, istər maarifləndirmə sahəsində, istərsə də narkotik vasitələri təbliğ edən, satan, onları əkib-becərən şəxslərə qarşı tədbirlər görülür. Lakin buna baxmayaraq, narkotik maddələrdən istifadə xüsusilə azyaşlılar arasında günü-gündən daha da çoxalır.

Bəs nə baş verdi ki, cəmiyyətdə narkotikdən istifadə birdən-birə bu qədər çoxaldı? Bu problemin çıxış yolu nədir?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial sferaya lazımi diqqət yetirilmir. 

Onun sözlərinə görə, yeniyetmələrin və azyaşlıların narkotikdən istifadə etməsinin qarşısının alınması üçün müəyyən tədbirlər görülür:

“Lakin bu tədbirlər öz effektini vermir. Çünki sosial və humanitar siyasət arzuolunan səviyyədə deyil. İki il ərzində aidiyyəti qurumlara azyaşlıların narkotik istifadəsi ilə bağlı müəyyən tədbirlərin görülməsi üçün dəfələrlə müraciət etmişik. Lakin həmin qurumlar bu problemin qarşısını almaq üçün ciddi addımlar atmır”.

Əhməd Qəşəmoğlu fikirlərinə davam edərək həmçinin qeyd edib ki, narkomaniya ilə bağlı ciddi şəkildə sosial iş kimi məşğul olmaq lazımdır:

“Yaşadığım ərazidə insanların əksəriyyəti narkotika ilə məşğuldur. Məsələnin dərinliyinə getməli, qayğı göstərməklə bunu həll etmək lazımdır. Bəlkə də kimisə bu yoldan çəkindirmək olar. Ölkəmizdə hazırda narkotika ilə bağlı aparılan işlər yarıtmazdır. Cəmiyyət günü-gündən mürəkkəbləşir və həssaslaşır. Daha yumşaq metodlardan istifadə etməli və bu cür şəxslərə qayğı ilə yanaşmaq lazımdır. Həmin şəxslərin narkotikdən istifadə etməsinin və ya narkotik alveri ilə məşğul olmasının səbəbini aydınlaşdırmaq lazımdır. Belə mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizə kompleks şəkildə və müxtəlif müstəvilərdə aparılmalıdır ki, onun səmərəli nəticələri əldə edilsin. Yoxsa, yalnız polis və digər güc strukturlarının hesabına effetiv mübarizə strategiyası qurmaq və nəticə əldə etmək mümkün deyil. Bunun qarşısını almadıqda əlbəttə ki, ölkədə narkotik maddə istifadəçiləri də çoxalır. Bu prosesdə isə azyaşlılar çoxluq təşkil edir”.

# 4227
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bakıda bu yolda sürət endirildi

Bakıda bu yolda sürət endirildi

3 may 2024 , 23:15
Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19