Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB
12 may 2025 22:47 (UTC +04:00)

Sumqayıtda naməlum şəxs iki nəfəri bıçaqladı - YENİLƏNİB

"2 nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub."

Lent.az xəbər verir ki, bu haqda TƏBİB-dən APA-nın soruğusuna cavab olaraq məlumat verilib.

Məlumatda bildirilib ki, bud çanaq oynağı və bud nahiyəsinin açıq yarası diaqnozu təyin edilən 1972-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir. 

Başın tüklü hissəsinin açıq yarası diaqnozu təyin edilən digər şəxsə isə Təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

21:45

Sumqayıtda qohumlar tanımadıqları şəxs tərəfimdən bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin 18-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1972-ci il təvəllüdlü Nəcəfov Mahir Əşrəf oğlu və qohumu, 1977-ci il təvəllüdlü Zamanov Qismət Salman oğluna aralarında baş vermiş münaqişə zəminində naməlum şəxs bıçaqla xəsarət yetirib.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2188

Oxşar yazılar

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

Ağır qəza, 2 nəfər öldü, 3 nəfər yaralandı

11 avqust 2025 , 20:19
Bakıda evdən çürümüş meyit  TAPILDI

Bakıda evdən çürümüş meyit TAPILDI

11 avqust 2025 , 19:28
58 yaşlı yazıçı dənizdə boğuldu

58 yaşlı yazıçı dənizdə boğuldu

11 avqust 2025 , 19:24
Bakıda parkda ÖLÜM

Bakıda parkda ÖLÜM

11 avqust 2025 , 18:13
30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

30-dan çox azərbaycanlı Rusiyadan çıxarıldı

11 avqust 2025 , 16:14
Ağdaşda 2 yaşlı  qız hündürlükdən YIXILDI

Ağdaşda 2 yaşlı qız hündürlükdən YIXILDI

11 avqust 2025 , 15:53
Uşaq beşinci mərtəbədən yıxılıb öldü

Uşaq beşinci mərtəbədən yıxılıb öldü

11 avqust 2025 , 14:46
Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

Erməni əsirliyində olan Xocalı sakini: "Uşaqlarımın boğazına bıçaq dirədilər"

11 avqust 2025 , 14:35