Sumqayitda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün şəhərin 4-cü mikrorayon ərazisində qeydə alınıb.
Şəhər sakini, 1953-cü il təvəllüdlü İmaməli Hüseynov yaşadığı binadan özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, İ.Hüseynovun ruhi əsəb dispanserində qeydiyyatda olduğu bildirilir.