Sumqayıtda bədbəxt hadisə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Sumqayıtın 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1935-ci il təvəllüdlü Aydın Əliyev yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.