Sumqayıtda 40 yaşlı kişi tanışını bıçaqladı
08 fevral 2025 08:27 (UTC +04:00)

Sumqayıtda 40 yaşlı kişi tanışını bıçaqladı

Sumqayıtda tanışların mübahisəsi qanla nəticələnib.

APA xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mövlan Ramiz oğlu Qədirov münaqişə zəminində həmyaşıdı Anar İbrahim oğlu Hacıyevə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2126

Oxşar yazılar