Sumqayıtda 3 evdən  oğurluq edən   tutuldu
26 yanvar 2024 13:26 (UTC +04:00)

Sumqayıtda 3 evdən oğurluq edən tutuldu

0

Sumqayıtda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Süleyman Süleymanlı saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda şəhər ərazisində 3 evdən 3900 manat dəyərində noutbuk, məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4349

Oxşar yazılar