Cəlilabadda usta bədbəxt hadisə nəticəsində ölüb.
Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 33 yaşlı Elgün Ağayevi usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurub. Nəticədə o, dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.