Siyəzəndə köşk yanıb.
Lent.az FHN-in saytına istinadla bildirir ki, rayonun Məşrif kəndində ümumi sahəsi 30 m² olan dəmir konstruksiyadan ibarət ofis və ya yeməkxana kimi fəaliyyət göstərən köşkün içərisinə yığılan əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Ağdaşda isə ümumi sahəsi 204 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 24 m² olan mağazanın lambirindən ibarət tavanı və içərisində 1 ədəd kondisioner yanıb. Tikilinin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.