Şirvanda 22 yaşlı gənc ölü tapılıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, Şirvan sakini, 2001-ci il təvəllüdlü Abbasov Abbas küçədə ölmüş vəziyyətdə aşkar edilib.
Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.