Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
Piyada xəstəxanaya çatdırılan zaman keçinib.
Hadisə yerinə polis cəlb olunub.
Ölən şəxsin kimliyi və hadisə yerindən yayınan avtomobilin müəyyən olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.