Siqaret çəkə-çəkə yatdı, özü və iti yanıb öldü
25 yanvar 2024 14:26 (UTC +04:00)

Siqaret çəkə-çəkə yatdı, özü və iti yanıb öldü

Moskvanın mərkəzində yaşayış binasında ölümlə nəticələnən yanğın baş verib.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, yanğın yanvarın 23-də axşam saatlarında Protopopovski prospektində yerləşən binanın mənzilində qeydə alınıb. 

Məlumata görə, 60 yaşlı kişi evdə yandırdığı siqaretlə yuxuya gedib. Bu isə evdə yanğına səbəb olub. Yanğın nəticəsində mənzil sahibi və iti ölüb. Heyvanın meyiti dəhlizdə tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb, prosesin gedişi Meşçanski Rayonlararası Prokurorluğu tərəfindən nəzarətə götürülüb. Moskva prokurorluğunun mətbuat xidməti qeyd edib ki, yanğının səbəbi ekspertlər tərəfindən yanğın-texniki ekspertiza zamanı müəyyən ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Oxşar yazılar