Rusiyanın Moskva şəhərinin mərkəzindəki mənzillərdən birində intihar edən gəncin meyiti tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, meyit mərhumun sevgilisinin zəngindən sonra tapılıb. Qız sevgilisi ilə videozənglə danışdığını və onun gözləri qarşısında intihar etdiyini bildirib.
Bundan sonra o, polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Kovrov zolağında mənzilə daxil olub və orada intihar edən oğlanın cəsədini aşkar ediblər.
İstintaq davam edir.