Sərnişin avtobusu aşdı: 3 nəfər ölüb, 22 nəfər yaralanıb -FOTO
24 sentyabr 2023 11:56 (UTC +04:00)

Sərnişin avtobusu aşdı: 3 nəfər ölüb, 22 nəfər yaralanıb -FOTO

Türkiyənin Ərzurum bölgəsinin Horasan rayonunda sərnişin avtobusunun xəndəyə aşması nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Lent.az NTV-yə istinadən xəbər verir ki, xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.

Hadisə yerinə gələn qruplar avtobusun şüşələrini sındıraraq sıxışan sərnişinləri xilas edib. Qəza nəticəsində avtomobildə qalan Turan Çağrıboğa hadisə yerində dünyasını dəyişib. Yaralılar arasında Neclem Vəliyeva və Nezahat Bayramı aparıldıqları Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qəzada yaralanan sürücü və 21 nəfər ətrafdakı xəstəxanalara çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649
avatar

Oxşar yazılar