Yanvar ayının 17-də saat 15:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozması müşahidə edilib və onları sərhəd pozucuları sərhəd naryadı saxlayıb.
Dövlət Sərhəd Xidməti Lent.az-a verilən məlumata görə, azyaşlı olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İranın vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər. Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.
Azərbaycan və İran arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.
Qısa müddətdə azyaşlıların İrana təhvil verilmələri nəzərdə tutulub.