Azərbaycan-Gürcüstan sərhədini pozanlar saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yanvarın 11-də saat 22:55-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Azərbaycan vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin 27 yaşlı Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.