20:58 21 yanvar 2021

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO

madeyra

Şəmkir rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində törədilib. Kənd sakini, 1985-ci il təvəllüdlü Əliyev Bəxtiyar Adil oğlu odlu silahla qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Məlumata görə, Bəxtiyar Əliyevi yaxın qohumu Vasif Aslanov (dayısı oğlu) qətlə yetirib.

Qeyd edək ki, mərhumun bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olduğu bildirilir.

# 1155
avatar

Oxşar yazılar