Şəmkirdə həyat yoldaşını bıçaqlayan  kişi tutuldu
20 dekabr 2024 17:37 (UTC +04:00)

Şəmkirdə həyat yoldaşını bıçaqlayan kişi tutuldu

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, 45 yaşlı K.Muxtarova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Onu ərinin bıçaqladığı bildirilir.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 52 yaşlı R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2080

Oxşar yazılar