Şəmkirdə  DƏHŞƏT:   Keçmiş arvadını, onun anasını və atasını bıçaqladı-YENİLƏNİB
22 mart 2024 00:12 (UTC +04:00)

Şəmkirdə DƏHŞƏT: Keçmiş arvadını, onun anasını və atasını bıçaqladı-YENİLƏNİB

Şəmkirdə bir ailnən üç üzvinü bıçaqlayan şəxs tutulub.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hadisəni törədən 33 yaşlı Sahib Heydərovdur.

Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

***

21.03.2024

Saat 23:22

Şəmkirdə bıçaqlanma baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

52 yaşlı İlham Hüseynov, 29 yaşlı Nübar Qənbərli və 48 yaşlı Şərafət Hüseynova bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerlədiriliblər.

Dərhal yaralılara yardım edilib.

İ.Hüseynovun vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, onları ailənin keçmiş kürəkəni bıçaqlayıb.

 

# 3252
avatar

Oxşar yazılar