Bryanskda təmizlik işçisi intim münasibətdən imtina edən qadını öldürüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya İstintaq Komitəsinin Altay dairəsi üzrə istintaq orqanlarının məlumatına görə, cinayətkar müəyyən edilib, cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, 2023-cü ilin iyununda tanışı təmizlik işçisinə baş çəkib. O, ona seks təklif etsə də, qonaq bundan imtina edib. Nəticədə münaqişə baş verib və bu zaman şübhəli şəxs qadını əlləri ilə boğub, daha sonra onun cəsədini boş yerə apararaq basdırıb.
Yaxınları, polis və könüllülər qadını bir ay axtarıblar.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis qatili yaxalayaraq nəzarətə almağa müvəffəq olub. O, meyiti harada gizlətdiyini deyib. Müstəntiqlər iş üzrə sübutlar toplayırlar.