Şəkidə qatar yük maşınını vurub.
Lent.az-ın məlumatına görə, hadisə səhər saatıarında Yevlax-Balakən dəmiryol xəttinin Şəki rayonu Cəyirli kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan qatar Şəki rayonu Qaraqoyunlu kənd sakini, 1965-ci il təvəllüdlü Zəkəriyyə Məhərrəm oğlu Məmmədovun idarə etdiyi “Qazel” markalı xırdatutumlu yük maşınını vurub.
Qəza zamanı sürücü Z. Məmmədovun yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov