Şəkidə partlayışda yaralanan qadın Bakıda öldü
22 iyun 2023 11:34 (UTC +04:00)

Şəkidə partlayışda yaralanan qadın Bakıda öldü

0

Şəkidə 5 gün əvvəl evdə baş verən partlayışda ağır xəsarət alan qadın xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova aldığı Bakıdakı Yanıq Mərkəzində dünyasını dəyişib. 

Qeyd edək ki, iyunun 17-də Şəki rayonu Aşağı Göynük kəndində fərdi yaşayış evlərinin birində qaz sızmasından güclü partlayış olub partlayış olub. Bu zaman Ş. Yusifova və onun iki azyaşlı ovladı - 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müxtəlif dərəcəli termiki yanıq xəsarətləri almışdılar. Onlar həmin gün Bakıdakı Yanıq Mərkəzinə aparılarkən azyaşlılar yolda dünyasını dəyişmişdi.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2018

Oxşar yazılar