Şəkidə beşotaqlı ev yandı
02 mart 2023 07:57 (UTC +04:00)

Şəkidə beşotaqlı ev yandı

0

Şəkidə beşotaqlı fərdi yaşayış  evi yanıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, yanğın hadisəsi gecə saat 03:53-də   rayonun Vərəzət   kəndində, kənd sakini  Neymət Məmmədəli oğlu Həbilova  məxsus, ümumi sahəsi 200 kv/m olan kürsülü birmərtəbəli 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və  şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin  yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb.  Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1562

Oxşar yazılar