Şəkidə azyaşlı faciəvi   şəkildə öldü
19 sentyabr 2023 10:41 (UTC +04:00)

Şəkidə azyaşlı faciəvi şəkildə öldü

Şəkidə azyaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Lent.az-ın məlumatına görə, hadisə sentyabrın 11-də Şəki rayonunun Aşağı Göynük kəndində baş verib. 10 yaşlı Eminli Kənan Sadiq oğlu yeni tikilməkdə olan evin tirindən yıxılaraq xəsarət alıb.

Görülən tədbirlərə baxmayaraq, K. Eminli bu gecə Bakıda Mərkəzi Klinikada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

# 930
avatar

Mehman Nəbiyev

Oxşar yazılar