Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO
27 iyul 2025 12:37 (UTC +04:00)

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

Şəki rayonunda “VAZ” markalı minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Hadisə Şəki -Oğuz avtomobil yolunun rayonun Köbər-Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “VAZ 2101” markalı minik avtomobili ilə toqquşub. Qəzadan sonra “VAZ 2107” markalı avtomobil yol kənarındakı çökəkliyə düşüb. Qəza zamanı “VAZ 2101” markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./APA

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar