Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB
10 may 2025 20:16 (UTC +04:00)

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, xəsarət alanlardan 5 nəfəri "Mercedes Vito" markalı mikroavtobusda olan Balakən rayon sakinləridir. Onlar aşağıdakılardır:

- 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);

- 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;

- 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;

- 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;

- 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;

Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.





****
19:40

Şəkidə ağır yol qəzasında xəsarət alanların kimliyi bilinib.

Lent.az-ın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri "Mercedes" markalı avtomobilin sürücüsü 39 yaşlı Gündüzzadə Asif, 33 yaşlı ⁠Əliyev Turqut, 6 yaşlı ⁠Qədirzadə Kənan, ⁠64 yaşlı Eteri Ocaqverdiyeva, Şəki sakinləri "Ford" markalı avtomobilin sürücüsü 38 yaşlı Elşən Məmmədov və 12 yaşlı Məmmədli Əlidir.

***
17:17

Şəkidə ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində baş verib. “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar